Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı üçüncü beynəlxalq forumu keçiriləcək
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökümət həlləri müzakirə mövzusu olunacaq. Tədbirdə diqqəti çəkən məqamlardan biri də dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirakıdır. Kaspar konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək. Tədbirdə həmçinin ilk dəfə olaraq Dövlət-Özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır.
Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, Azərbaycanda artıq üçüncü il belə bir tədbirin təşkil edilməsi ölkəmizdə elektron ticarət və elektron kommersiya, mobil və elektron identifikasiya, rəqəmsal hökümət və kibertəhlükəsizlik sahələrində inkişafı göstərir: “Prezident İlham Əliyevin ölkədə informasiya və kommunikasiya sahəsinə verdiyi diqqətin nəticəsi olaraq Azərbaycan artıq regionda lider dövlətlər sırasındadır. Təsadüfi deyil ki, Azərbaycan dünyada Estoniyadan sonra elektron rezidentlik verən ikinci, mobil rezidentlik verən ilk dövlətdir. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı dünyada yerli sahibkarlar üçün müxtəlif rəqəmsal həllər, qeyri-rezidentlər üçün elektron xidmətlər və müxtəlif ölkələr ilə trans-sərhəd əməliyyatları təqdim edən yeganə platformadır.”
Qeyd edək ki, AzərTelecom, Best Solutions, Caspian Audit şirkətlərinin dəstəyi və Paşa Bankın sponsorluğu ilə həyata keçiriləcək Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bu il oktyabr ayının 9-da keçirilməsi nəzərdə tutulan konfransla bağlı hazırlıqları davam etdirir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf