Azərbaycanda ilk dəfə "Əks Kreaton" keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanda ilk dəfə “Əks kreaton” ("Reverse Creathon") keçirilib. Tədbiri Enterpriseazerbaijan.com portalı Britaniya Şurası və Nyukasl (Newcastle) Universiteti ilə birgə həyata keçirdiyi "Creative Spark" layihəsi çərçivəsində təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı seminarda açılış nitqi ilə çıxış edib. İcraçı direktor bildirib ki, Azərbaycanın belə bir ilkə imza atması təqdirəlayiqdir: “İlk dəfə olaraq tələbələrimiz biznes nümayəndələrinə öz təkliflərini kreaton çərçivəsində təqdim edəcəklər. Gənc nəslin texnoloji imkanları və gözləntiləri biznes həllərin təkmilləşdirilməsi üçün faydalıdı. Adətən biznes nümayəndələri gənclərə tövsiyyə edirdi, indi əksinə olacaq: gənclərimiz öz ideyaları ilə biznes modelin təkmilləşdirilməsində iştirak edəcəklər. Enterpriseazerbaijan.com portalı gənclərin biznes ideyalarının gerçəkləşməsində beynəlxalq partnyorları ilə birgə yaxından iştirak edir.”
Qeyd edək ki, kreatonda Birminqam Universitetinin professoru Simon Doun, Nyukasl Universitetinin doktorları Paul Riçter və Fiona Utihörst, eləcə də, yerli gənc bizneslər və tələbələr iştirak edib.
Fiona Utihörst bildirib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Əks kreaton”un təşkilinə şərait yaratmaqla beynəlxalq təcrübənin bölüşdürülməsi üçün əlverişli imkan yaradır.
İki gün davam edəcək intensiv seminarın əsas məqsədi gənc tələbələrin və biznes sahiblərinin bir araya gələrək cari biznesin çətinlikləri, mümkün inkişaf istiqamətləri və strategiyaları mövzusunda innovativ müzakirələr aparmaqdır. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib