Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlara dair siyasət müzakirəsi keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı və Əmanətlərin Sığortalanması Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı islahatlar mövzusunda siyasət müzakirəsi keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dünya Bankının Ölkə Meneceri Navid Həsən Naqvi açılış nitqi ilə seminar iştirakçılarını salamlayıblar.
Qeyd edək ki, seminarın keçirilməsində məqsəd əmanətlərin sığortalanmasının səmərəli həyata keçirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə və prinsiplər barədə fikir mübadiləsinin aparılmasıdır. Tədbiri giriş sözü ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, “1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib. Bütövlükdə əmanətlərin tam sığortalanması mexanizmi 7,5 milyon tələbli və müddətli hesablara malik insanı əhatə edir. Əmanətlərin tam sığortalanması və manatın sabitliyi şəraitində bu ilin yanvarında əhalinin əmanətləri 8057,9 milyon manat olduğu halda, avqustun 1-də bu məbləğ daha 6,5 faiz artaraq 8580 milyon manata çatmışdır. Bu ilin yanvar-iyul aylarında əhalinin manatla tələb olunanadək əmanətləri 52,1 faiz, manatla müddətli əmanətləri 11,6 faiz artmışdır. Əhalinin xarici valyutada tələb olunanadək əmanətləri 10,3 faiz artmış, xarici valyutada müddətli əmanətləri isə 11,3 faiz azalmışdır. Göründüyü kimi, əhalinin manata və banklara etimadı artmaqda davam edir. Eyni zamanda qeyri-maliyyə təşkilatlarının da depozitləri ilin əvvəlindən xarici valyutaya nisbətən manatla daha yüksək templə artır. Ümumilikdə, vergi-gömrük islahatları, nağdsız dövriyyənin artırılması, kölgə iqtisadiyyatının miqyasının kiçildilməsi və əmanətlərin sığortalanması sahəsində islahatlar bir-birini tamamlayır. Likvidlik dövriyyəsinin maliyyə-bank sektoruna cəlb edilməsi bu sahədə dayanıqlığın və iqtisadiyyatın maliyyələşdirilməsi imkanlarının artmasına şərait yaradır. Bundan sonra da əmanətlərin sığortalanması sahəsində islahatlar ilk növbədə əhalinin maraqlarını təmin edəcək, rəqəmsal maliyyə və idarəetmə texnologiyalarının inkişaf etdirilməsi ilə maliyyə-bank sektorunu daha da gücləndirəcək.”
Dünya Bankının Ölkə Meneceri Navid Həsən Azərbaycan hökumətinin maliyyə sabitliyini bərpası və ölkənin maliyyə təhlükəsizliyi sahəsində gördüyü tədbirləri, o cümlədən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun potensialının gücləndirilməsi sahəsində səylərini yüksək qiymətləndirdi. Bununla bərabər, əmanətlərin sığortalanması sisteminin (DIS) beynəlxalq ən yaxşı təcrübəyə uyğunlaşdırılması üçün daha çox islahat tələb olunması və bu məqsədlə Dünya Bankının bu vacib məsələdə Azərbaycanı dəstəkləməyə hazır olduğunu bildirdi.
Seminar zamanı Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi ölkədə Əmanətlərin Sığortalanması Sisteminin İnkişafı üzrə təqdimat edib. Təqdimatda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti eləcə də əmanətlərin sığortalanması sahəsində institusional məsələlər, tam sığortalanma, risk-əsaslı sığorta haqqı sistemi, ləğv etmə istiqaməti üzrə fəaliyyət barəsində məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Dünya Bankının mütəxəssisi Anjela Priqojina Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Beynəlxalq Əmanətlərin Sığortalanması Assosiasiyanın (IADI) əsas prinsiplərinə riayət etməsi, Djurdjika Oqnyenoviç isə əmanətlərin tam sığortalanması sistemi sahəsində beynəlxalq təcrübə və Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi imkanları barədə təqdimatlar ediblər.
Təqdimatların ardınca sual-cavab formatında davam edən seminar zamanı Dünya Bankı Qrupu və Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun mütəxəssisləri (AƏSF) Azərbaycanda və digər müvafiq ölkələrdə əmanətlərin sığortalanması sistemlərinin islahatı sahəsində təcrübə və çıxarılan dərsləri müzakirə ediblər. Bundan başqa Azərbaycanın əmanətlərin sığortalanması sisteminin islahatının həyata keçirilməsi üzrə tövsiyələr təqdim edilib.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir