Azərbaycanda “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda dekabr ayının 16-da elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcəklər. Tədbir PAŞA Bank və Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq.
Qeyd edək ki, tədbirin təşkilati dəstəkçiləri sırasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalı da var.
Beynəxlalq konfrans müddətində 10-dan artıq yerli və xarici spiker “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” mövzusunda panel müzakirələrdə danışacaq. Həmçinin “Dünyada e-ticarət tendensiyaları və uğur üçün məsləhətlər”, “E-ticarətdə dönüşüm nisbətini necə artırmaq olar?”, “Fərdi marketinq konsepsiyası”, “Elektron ticarətdə əsas gəlir amilləri” mövzuları müzakirə olunacaq.
Tədbir təşkilatçıları bildirirlər ki, konfransda iştirakçılar şəbəkə qurmaq, əlaqələrini inkişaf etdirmək üçün əla fürsət qazanmış olacaqlar.
“ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans haqqında bütün məlumatları https://www.ecomazerbaijan.com internet səhifəsindən əldə etmək olar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib