“Azərbaycan İqtisadi İslahatlar icmalı”-nın növbəti buraxılışı yayımlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan İqtisadi İslahatlar icmalı”nın növbəti sayını üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr edib. Buraxılışda “İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qısa məzmunu oxucuların diqqətinə çatdırılmışdır. Ölkədə aqrar sahədə aparılan islahatlara icmalda xüsusi yer ayrılıb. Belə ki, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" şərh edilərək, sahibkarları maraqlandıran əsas suallara cavab verilmişdir. Eyni zamanda icmalda güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı, həmçinin Mənzil Məcəlləsində edilmiş dəyişikliklərin sadə izahı islahatların mahiyyətini başa düşmək üçün faydalıdır.
“Azərbaycan İqtisadi İslahatlar icmalı”nda “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında edilmiş dəyişikliklərin ekspertlər tərəfindən qısa şərhi verilmişdir.
İcmalın son buraxılışında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin edilməsi də öz əksini tapmışdır.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən ölkədə aparılan iqtisadi islahatlar, bu istiqamətdə imzalanmış sənədlər barədə geniş ictimaiyyətdə informasiya təminatını yaxşılaşdırmaq, beynəlxalq qurum və təşkilatları dolğun məlumatlandırmaq üçün yaradılan “Azərbaycan İqtisadi İslahatlar icmalı” adlı (Azerbaijan Economic Reforms Review) bülleten onlayn olaraq üç dildə – Azərbaycan, rus və ingilis dillərində mütəmadı yayımlanır. İcmal həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda yüz minlərlə oxucuya çatdırılır.
“Azərbaycan İqtisadi İslahatlar icmalı” ilə hər üç dildə bu link vasitəsilə tanış olmaq mümkündür: http://iqtisadiislahat.org/columns








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib