Avropa İttifaqının "EU4Digital" layihəsi “Azexport.az”la əməkdaşlığa dair məqalə dərc edib
Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən "EU4Digital" layihəsinin rəsmi internet səhifəsində “Azexport.az” internet portalının da iştirak etdiyi pilot layihə barədə məqalə dərc olunub.
Portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, pilot layihənin həyata keçirilməsində başlıca məqsəd Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarın iş prinsipinin real təcrübədə yoxlanılması olub. Yaradılan rəqəmsal bazar ən müasir standartlara cavab verməklə məlumatların yalnız bir dəfə daxil edilməsi prinsipi ilə çalışır. Sifariş daxil olduqda satıcı tərəfindən daxil olunan məlumatlar sistem tərəfindən avtomatik olaraq hər iki ölkənin (alıcı və satıcı) gömrük və poçt orqanlarına da təqdim olunur. Bu məqsədlə “İSAR Group” şirkəti tərəfindən Azərbaycanda istehsal olunan taxta əl işi məhsulunun Almaniyaya göndərilməsi pilot olaraq uğurla reallaşdırılıb. Pilot layihədən əldə olunan təcrübə digər Aİ və ŞT ölkələrində də tətbiq olunacaq.
O, həmçinin, bildirib ki, “Azexport.az” internet portalı layihədə Azərbaycanı təmsil etməklə yanaşı, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında yaradılan vahid rəqəmsal ticarət bazarı platformasının idarəetməsi də “Azexport.az” internet portalına həvalə olunub.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyilə həyata keçirilən “EU4Digital” layihəsinin başlıca məqsədi Aİ və ŞT ölkələri arasında vahid rəqəmsal ticarət bazarının yaradılması, rəqəmsal iqtisadiyyatın tətbiq sahələrinin genişləndirilməsi, rəqəmsal sahədə məşğulluq səviyyəsinin və iqtisadi artırımın dəstəklənməsi kimi istiqamətlər hədəf götürülüb.
Məqalə ilə təqdim olunan link vasitəsi ilə tanış ola bilərsiniz: https://bit.ly/3g9ggNr









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu