Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr Şirvan-Salyan və Naxçıvan iqtisadi rayonlarında davam edib
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə regional müşavirələr davam etdirilir. Məqsəd Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş və səmərəli şəkildə həyata keçirilməsinin təmin olunması, eləcə də fermer və sahibkarlarla birbaşa dialoqun gücləndirilməsidir.
Müşavirələr Şirvan-Salyan və Naxçıvan iqtisadi rayonlarını əhatə edib. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə keçirilən tədbirlərdə Prezident Administrasiyasının məsul şəxsləri, aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının təmsilçiləri, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.
Şirvan-Salyan iqtisadi rayonu üzrə Biləsuvar şəhərində keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov və digər rəsmi şəxslər çıxış ediblər. Tədbirdə Şirvan, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları üzrə pambıqçılıq, taxılçılıq, bostançılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələrinin mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.
Naxçıvan iqtisadi rayonu üzrə Şərur şəhərində keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov və digər rəsmi şəxslər Dövlət Proqramında nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Tədbirdə Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları üzrə meyvəçilik, tərəvəzçilik, taxılçılıq və heyvandarlıq sahələrinin inkişaf perspektivləri, mövcud potensial və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirlərdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri də iştirak ediblər. Şirvan-Salyan iqtisadi rayonu üzrə keçirilən müşavirədə Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov, Naxçıvan iqtisadi rayonu üzrə müşavirədə isə İİTKM-in icraçı direktorunun müşaviri Bağış Əhmədov iştirak edib.
Müşavirələrdə fermer və sahibkarların təklifləri dinlənilib, Dövlət Proqramının yerlərdə səmərəli icrası üçün aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları və özəl sektor arasında koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
Qeyd edək ki, aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr bundan əvvəl Qarabağ və Şərqi Zəngəzur, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Dağlıq Şirvan, Abşeron-Xızı və Quba-Xaçmaz, Qarabağ, Lənkəran-Astara, eləcə də Qazax-Tovuz iqtisadi rayonlarında keçirilib.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025