ABŞ-ın məşhur beyin mərkəzlərindən “Center for the National Interest” “Cənubi Qafqaz Avrasiyanı necə birləşdirə bilər” adlı məqalə dərc edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun “Cənubi Qafqaz Avrasiyanı necə birləşdirə bilər” (How the South Caucasus Can Connect Eurasia) başlıqlı məqaləsi Vaşinqton mərkəzli “Center for the National Interest” ictimai-siyasət beyin mərkəzi tərəfindən nəşr edilən nüfuzlu “The National Interest”-də dərc edilib.
İngilis dilində dərc olunan məqalədə Avrasiya regionunda baş verən geo-iqtisadi hadisələrin Avrasiyada iqtisadi əlaqələrə təsiri analiz edilib. Belə ki, məqalədə Avropadakı yeni müharibə fonundan irəli gələn məhdudiyyətlərin Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionların, xüsusi ilə də Azərbaycanın tranzit ölkə kimi önəminin artırması vurğulanıb.
O cümlədən, qlobal təchizat zəncirinin son dövrlərdə baş verən qlobal şoklardan sarsılmasını nəzərə alaraq Avrasiya regionunda nəqliyyat dəhlizlərinin şaxələndirilməsinə olan təşəbbüslər və imkanlar qeyd edilib. Məqalədə Orta Dəhliz olaraq da tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi region ölkələrinin həyata keçirdiyi konkret addımlar ilə əhəmiyyətli marşruta çevrilməsi, Zəngəzur dəhlizinin yaradacağı iqtisadi fürsətlər də qeyd edilib.
Məqalədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Cənubi Qafqaz Boru Kəməri kimi meqa layihələrin uğurla həyata keçirilməsi qeyd edilərək Avrasiya regionunun tranzit marşrutlarında Cənubi Qafqazın, xüsusilə Azərbaycanın ən uğurlu nümunə kimi heç bir beynəlxalq məhdudiyyətlərə və ya qadağalara məruz qalmaması və layihələrdəki uğurlu beynəlxalq əməkdaşlıq modelləri xüsusi ilə vurğulanıb.
Məqalələrin ingilis dilində olan nümunəsi ilə aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür:
https://nationalinterest.org/feature/how-south-caucasus-can-connect-eurasia-202322









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib