2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə bağlı “Yaşıl enerji məkanı” Alt İşçi qrupunun iclası keçirilib
“Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanması məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi qrupun III iclası keçirilib.
Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə keçirilmiş iclasda Strategiya layihəsinin “yaşıl enerji məkanı” məqsədi üzrə hazırlanmış “Tədbirlər Planı” müzakirə edilib. “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” milli prioritetinə uyğun olaraq müəyyənləşdirilmiş 7 istiqamət üzrə 46 tədbir təklifləri və həmçinin enerji sektorunun inkişafı üzrə hədəf indikatorları barədə məlumatlar verilib. Bu tədbirlərin icra perspektivləri və maliyyələşmə imkanları nəzərdən keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn, Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Gültac Əhmədzadə-Tapdıqzadə iclasda iştirak ediblər.
“Tədbirlər Planı”nın müzakirəsinin davam etdirilməsi, maliyyə tələbatının əsaslandırılması və ekspertizası ilə bağlı işlərin tezliklə başa çatdırılması və yekun variantın Alt İşçi qrupunun oktyabr ayında keçiriləcək növbəti iclasına qədər təqdim olunması qərara alınıb.








Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025