2027–2030-cu illər üzrə Strategiya ilə bağlı “Makro-iqtisadi dayanıqlılıq” Alt İşçi Qrupunun iclası keçirilib
Mərkəzi Bankda “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə Alt İşçi Qrupun dördüncü iclası keçirilib.
Mərkəzi Bankın sədri, Alt İşçi Qrupun rəhbəri Taleh Kazımov görüşdə çıxış edərək makroiqtisadi dayanıqlılıq istiqaməti üzrə Tədbirlər Planının yekun versiyasının hazırlanması istiqamətində görülən işləri müsbət qiymətləndirib. O, Tədbirlər Planının Nazirlər Kabinetinin 18 iyun 2025-ci il tarixli, 356s nömrəli Sərəncamı ilə müəyyən olunmuş müddət ərzində əhatəli və təkmil hazırlanmasında Alt İşçi Qrup üzvləri arasında səmərəli əməkdaşlıq, qarşılıqlı koordinasiya və məsuliyyətli yanaşmanı xüsusi vurğulayıb.
Taleh Kazımov bildirib ki, 356s nömrəli Sərəncamın 6.5-ci bəndini rəhbər tutaraq “Makroiqtisadi dayanıqlılıq” üzrə Alt İşçi Qrupun Tədbirlər Planı layihəsi, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına dair təkliflər 1 noyabr tarixinədək İşçi Qrupun rəhbərinə - Komissiya sədrinin müavininə təqdim ediləcək.
Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov və şöbə müdiri Nicat Hacızadə iştirak ediblər.
Dövlət qurumlarının nümayəndələri Alt İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin effektiv koordinasiya şəraitində aparılmasını və keçirilmiş müzakirələrin və fikir mübadiləsinin faydalı olduğunu vurğulayıblar. Onlar qəbul ediləcək Tədbirlər Planının ölkənin uzunmüddətli iqtisadi sabitliyinə və institusional inkişafına mühüm töhfə verəcəyini qeyd ediblər.
Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt İşçi Qrupu Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib