“2019 İxraca Dəstək” mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi”-nin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə ixracatçı sahibkarlara "2019 İxraca Dəstək" layihəsinin II hissəsi təqdim olunub.
Təlim çərçivəsində yerli istehsalın xarici bazarlara çıxarılmasının stimullaşdırılması və asanlaşdırılması üzrə ixrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, ixrac biznes strategiyası və beynəlxalq daşınmada işlərin hansı mərhələlər ilə həyata keçirilməsi barəsində məlumat verilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə ölkəmizdə ixracatçılar üçün hərtərəfli şərait və potensialın olmasını qeyd edərək 2019-cu il ərzində ixrac gömrük bəyannamələrinin tərtib olunması daxil olmaqla, yerli istehsalçılarımıza ixrac üzrə gömrük xidmətlərinin əksəriyyətinin ödənişsiz həyata keçirilməsi, ixrac gömrük bəyannamələrinin doldurulması istiqamətində maarifləndirici təlimlərin, habelə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə müraciət edən sahibkarların “My Broker” Gömrük Təmsilçiliyi şirkətinin ödənişsiz əsaslarla xidmətlərinin əhəmiyyəti barədə danışıb.
“My Broker” gömrük təmsilçiliyinin direktoru Rəşad Əliyev təlimin ixracatçılar üçün mühüm əhəmiyyət daşıdığını və onların xarici ticarət fəaliyyətlərlərini stimullaşdıracağını bildirib.
Tədbirin sonunda maarifləndirici video-çarx nümayiş olunub.Təqdimatdan sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu