İİTKM-də AİB-in 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyası müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya regionu üzrə baş iqtisadçısı Kiyoşi Taniquçi ilə görüşüb. Görüşdə AİB-in 2024-2028-ci illər üçün Ölkə Tərəfdaşlığı Strategiyasının hazırlanması məsələləri müzakirə olunub.
V.Qasımlı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, o cümlədən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hədəfləri, həmçinin İİTKM tərəfindən həyata keçirilən monitorinq və qiymətləndirmə fəaliyyətləri barədə ətraflı məlumat verib. O, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın məqsədlərindən danışıb və işğal dövründə infrastruktur obyektlərinin tamamilə dağıdıldığını bildirib; iqtisadiyyata vurulmuş ziyanın miqyası, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və irimiqyaslı bərpa-quruculuq layihələri, ərazilərin minalardan təmizlənməsi, yaşayış və nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər barədə məlumat verib.
Görüşdə sözügedən dövlət proqramlarının monitorinq və qiymətləndirilmə metodologiyası, eləcə də proqramlarda nəzərdə tutulan tədbirlərin icra səviyyələrinin ölçülməsinə dair İİTKM tərəfindən hazırlanan elektron portallar təqdim olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsində ən müasir texnologiyaların və süni intellektin tətbiqinin, eləcə də yaşıl enerji və ağıllı infrastruktura investisiyaların cəlb olunmasında beynəlxalq maliyyə institutlarının rolunun əhəmiyyəti qeyd edilib.
Görüşdə makro-iqtisadi tədqiqatlar, təhlil və proqnozlaşdırma modellərinin hazırlanması, xüsusilə də strateji idarəetmədə süni intellektin tətbiqi mövzusunda AİB ilə birgə layihələrin icrasında İİTKM-in maraqlı olduğu diqqətə çatdırılıb.
AİB-in Mərkəzi və Qərbi Asiya regionu üzrə baş iqtisadçısı K.Taniquçi də öz növbəsində, Azərbaycanda regionların, xüsusilə də kənd ərazilərinin şəhərlərə bağlantısının sürətləndirilməsində, inklüziv inkişafın dəstəklənməsində və özəl sektorun iqtisadi fəallığının artırılmasında AİB-in maraqlı olduğunu və bütün bunların hazırlanmaqda olan növbəti Ölkə Tərəfdaşlığı Strategiyasının əsas istiqamətlərindən biri kimi nəzərə alınacağını bildirib. O, eyni zamanda AİB-in strateji əhəmiyyət kəsb edən sahələr üzrə İİTKM ilə birgə tədqiqatların aparılmasına hazır olduğunu qeyd edib.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”