“İqtisadi islahatlar” elmi-analitik jurnalının səkkizinci sayı çap olunub

“İqtisadi islahatlar” elmi-analitik jurnalının səkkizinci sayı çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçiliyi ilə 2021-ci ilin noyabr ayından nəşr olunan “İqtisadi islahatlar” elmi-analitik jurnalının səkkizinci sayı işıq üzü görüb. Jurnalın bu sayına 47 məqalə təqdim edilsə də rəyçilərin məqsədəuyğun hesab etdiyi 10 elmi məqalə dərc edilib.

      “İqtisadi islahatlar” jurnalın son sayında

  • “Bankçılığın yeni fundamental əsası: Bazel III Sistemli Təkamülü”,
  • “İnnovativ iqtisadiyyatın inkişafında insan kapitalının rolu”,
  • “Yaşıl iqtisadiyyat perspektivləri: struktur yanaşmaların və fiskal siyasətin təhlili”,
  • “Dünyada ərzaq təhlükəsizliyinin təmin olunmasının qlobal trendləri”,
  • “Mərkəzi Bankların pul-kredit siyasətində inflyasiya hədəfləməsi”,
  • “Sığorta bazarının müasir problemlərinin həllində dövlət tənzimlənməsinin əhəmiyyəti”,
  •  “Qazaxıstanın yaşıl ixracı: inkişaf imkanları və problemlər”,
  • “Cənubi Qafqaz regionunun iqtisadi inkişafında Trans-Qafqaz tranzit dəhlizinin rolu”,
  • “Fiskal siyasətin tənzimləyici funksiyasına nəzəri baxışların təhlili”,
  • “Ümumi keyfiyyətin idarə edilməsi: böhranın idarə edilməsi hazırlığı üzrə Sudan təşkilatının təsviri təhlili” kimi mövzuları əhatə edən elmi-analitik məqalələr çap olunub.

Məqalələrlə yanaşı jurnalda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birlikdə hazırladığı “Türk Dövlətləri İqtisadiyyatı” kitabı barədə yazdığı rəy də oxuculara təqdim olunub.

 “İqtisadi islahatlar” elmi-analitik jurnalına təqdim edilən məqalələr birinci onlayn  ("online first publication” prinsipinə uyğun olaraq) və daha sonra kağız variantda çap olunur. Jurnalda məqalə çapı ödənişsizdir.

Jurnalla təqdim olunan link vasitəsi ilə tanış olmaq mümkündür: https://bitly.ws/33Aqv  

#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R