“Enterprise Azerbaijan”ın gənc startapçıları ölçüləbilən ekosistemlərin qurulmasını öyrəniblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində daha bir təlim təşkil olunub. Təlimi Cənubi Afrika Respublikasının Yohannesburq Universitetinin professoru Dr.Eldrid Yordan keçib.
“Ölçüləbilən ekosistemlərin qurulması və startap uğursuzluqlarından dərslər” ("Building Ecosystems that Scale and Lessons from Startup Failures") mövzusunda baş tutan təlimdə “Mxit”-dən (kommunikasiya applikasiyası) “GovChat”-a qədər olan təkamülün tədqiqatı təfərrüatı ilə izah olunub.
Eldrid Yordan “GovChat”ın xüsusiyyətləri və xüsusilə Cənubi Afrika kontekstində istifadəçi fəaliyyətinə təsiri barədə fikirlərini bölüşüb. Bildirib ki, “GovChat” dövlət qurumlarının və xidmətlərinin reytinqinə əlçatanlığı artırır, vətəndaşların qurumlarla səmərəli əlaqə qurmasına şərait yaradır. Eldrid Yordan idarəetmədə hesabatlılığı və şəffaflığı artırmaq üçün texnologiyadan istifadənin vacibliyini vurğulayıb.
Praktiki nümunələr əsasında iştirakçılar genişlənə bilən ekosistemlərin qurulması və startap təşəbbüslərinə xas olan çətinliklərin öhdəsindən gəlmək üçün strategiyalarla tanış olub. Bununla yanaşı, innovasiyaları təşviq etmək, cəmiyyətə təsir göstərmək, sahibkarlıq və texnologiyanın dinamik mənzərəsində həm uğur, həm də uğursuzluqlardan nəticə çıxarmağın yolları müzakirə olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib