Ramil Hüseyn Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik” Forumunda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik” Forumunda çıxış edib. Forum çərçivəsində keçirilən “Yaşıl iqtisadiyyat və davamlı iqtisadi artım perspektivləri” mövzusunda panel müzakirəsində Ramil Hüseyn Azərbaycanın “yaşıl enerji” məkanına çevrilməsinin iqtisadi, sosial və ekoloji faydalarından danışıb. O, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasının gənclərin maarifləndirilməsi ilə yanaşı, elmi-tədqiqatların aparılması baxımından da əhəmiyyətini vurğulayıb.
Tədbirdə millət vəkilləri, dövlət və özəl qurumların nümayəndələri, universitetin professor, müəllim, tələbə heyəti iştirak ediblər. Forum “Sənayedə dayanıqlı inkişaf təcrübələri” mövzusunda sessiya, “Davamlılıq üçün universitet-sənaye əməkdaşlığı” mövzusunda dəyirmi masa ilə davam edib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır