“Azexport”, Beynəlxalq Ticarət Mərkəzi və "EU4Digital" e-ticarətə dair növbəti təlimə başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC - International Trade Center) və "EU4Digital" proqramının dəstəyi ilə e-ticarət konsultasiya layihəsinin növbəti mərhələsinə başlayır. Bu mərhələdə daha beş yerli şirkətə Avropanın e-ticarət bazarına çıxış üçün təlimlərdə iştirak imkanı yaradılır.
“Azexport.az”ın rəhbəri Ayxan Qədəşov bildirib ki, cari ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan təlimlərdə Şərq Tərəfdaşlığı ölkələrində geniş auditoriyaya sahib olan “Amazon”, “Ebay”, “Etsy”, “Zalando”, “Pigu.lt”, “Allegro”, “Otto”, “Bol.com” və “Kaufland” kimi nəhəng elektron ticarət platformalarından istifadə qaydalarının ətraflı tədris olunması nəzərdə tutulub.
Proqram çərçivəsində təlimdə iştirak edən şirkətlərə Avropanın e-ticarət bazarlarında satıcı hesabının yaradılması, məhsulların marketinq strategiyasının hazırlanması, müştərilərə effektiv xidmət göstərilməsi, logistik imkanlardan istifadə olunması, hesabın və ya məhsulun bloklanmasının qarşısının alınması, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərin həlli yolları geniş tədris ediləcək.
Qeyd edək ki, təlimləri avropalı ekspertlər onlayn olaraq ingilis dilində keçəcəklər. Təlimə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün link: https://forms.office.com/e/GS2gzEyr3w









Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti