
İİTKM-də Elm və Təhsil Nazirliyinin şöbə müdiri ilə görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov ilə könüllülərin görüşü keçirilib. “Xaricdə təhsil: imkanlar və məhdudiyyətlər” mövzusunda təşkil olunmuş görüşdə Tural Əhmədov gənclərə Azərbaycan vətəndaşlarının Dövlət Proqramları və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil imkanları haqqında ətraflı məlumat verib. O, mövcud təqaüd proqramları üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrində bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaq üçün prioritet ixtisas sahələri, maliyyələşdirilmə və öhdəliklər barədə danışıb. T.Əhmədov görüş zamanı dövlət proqramları ilə təhsilin üstünlüklərini qeyd edib.
Görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər və nazirliyin rəsmisinə suallar ünvanlayıblar.





Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir