16 may 2023, 16:21

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov ilə könüllülərin görüşü keçirilib. “Xaricdə təhsil: imkanlar və məhdudiyyətlər” mövzusunda təşkil olunmuş görüşdə Tural Əhmədov gənclərə Azərbaycan vətəndaşlarının Dövlət Proqramları və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində xaricdə təhsil imkanları haqqında ətraflı məlumat verib. O, mövcud təqaüd proqramları üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrində bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaq üçün prioritet ixtisas sahələri, maliyyələşdirilmə və öhdəliklər barədə danışıb. T.Əhmədov görüş zamanı dövlət proqramları ilə təhsilin üstünlüklərini qeyd edib.

Görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər və nazirliyin rəsmisinə suallar ünvanlayıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az