“İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı sayı nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının altıncı sayı işıq üzü görüb. Jurnalın 2023-ci il üçün birinci və ümumilikdə altıncı sayında 12 məqalə dərc edilib.
Jurnalın sonuncu sayında Azərbaycan dilində ""Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və nəqliyyat sisteminin inkişaf perspektivləri”, “Neft-qaz sənayesinin dayanıqlı inkişafında ekoloji problemlər”, “Azərbaycanda investisiya fəallığının artırılmasının bəzi aspektləri”, “Gəlirlər və sosial siyasətin tənzimlənməsinin elmi-praktiki məsələləri”, “Xarici ticarətin iqtisadi artıma təsiri”, “Azərbaycanda büdcə xərclərinin emal sektorunun inkişafına təsiri”, “Milli iqtisadiyyatın inkişafının müasir xüsusiyyətləri”, “Kənd ərazilərinin inkişafında aqrar sahibkarlığın sosial məsuliyyətinin bəzi aspektləri”, “Ailə gəlirlərinin nəsilvermə əmsalına təsiri”, ingilis dilində “Studying the impact of tourism on economic growth in Azerbaijan”, “The relationship between government expenditure and economic growth: evidenced from four Eastern African Countries”, “Economic nature of public legal entities, organization of accounting and financial statements” kimi aktual mövzuları əhatə edən elmi-analitik məqalələrə yer verilib. Bu məqalələrlə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: https://bit.ly/3HDYgs0
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “İqtisadi islahatlar” elmi-analitik jurnalı Azərbaycan Respublikasında elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına (iqtisad elmləri üzrə) daxil edilib. “İqtisadi islahatlar” jurnalına elmi-analitik məqalələrin qəbulu onlayn qaydada həyata keçirilir (https://journal.ereforms.org/az/submit-article).







Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir