Azərbaycan-ABŞ iqtisadi əlaqələri: yeni mərhələnin əsas konturları
Son dövrlərdə Azərbaycan və Amerika Birləşmiş Ştatları arasındakı yüksək səviyyəli təmasların artması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanması kimi xarakterizə edilə bilər. Bu mərhələ siyasi münasibətlərin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın ön plana çıxması baxımından da əhəmiyyətlidir. ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən rəsmi səfərindən öncə ABŞ Ticarət Palatasının nümayəndə heyətinin Bakıya gəlməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi də bu prizmadan şərh edilə bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımov bildirib ki, Prezident İlham Əliyevin görüş zamanı səsləndirdiyi əsas fikirlər Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsini aydın şəkildə izah edir. Ölkə başçısının ölkədəki siyasi sabitliyi, həmçinin ardıcıl şəkildə həyata keçirilən islahatları, o cümlədən hüquqi bazanın təkmilləşdirilməsi sahəsində görülən işləri xüsusi olaraq vurğulaması ABŞ biznes dairələri ilə uzunmüddətli əməkdaşlıq üçün lazım olan etibarlı mühitin mövcudluğunun ən yüksək səviyyədə bəyanıdır. Bu xüsusilə qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə strateji əhəmiyyət daşıyır.
ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşün əsas diqqət çəkən məqamlarından biri də ikitərəfli iqtisadi əlaqələrin şaxələndirilməsi ilə bağlı fikirlərin səsləndirilməsidir. Bu vaxta qədər ABŞ şirkətləri əsasən Azərbaycanın neft-qaz sektorunda daha güclü mövqelərə sahib idilərsə, növbəti mərhələdə yeni əməkdaşlıq istiqaməti olaraq qeyri-neft sektoru, o cümlədən texnologiya, bərpaolunan enerji, rəqəmsal transformasiya və süni intellekt kimi sahələr əsas istiqamətlər olaraq təqdim edilir. Bu potensial əməkdaşlıq imkanlarını artırmaqla yanaşı, eyni zamanda Azərbaycanın müasir iqtisadi modelinin bilik və texnologiyaya transformasiya yolunda sürətlə irəliləməsini göstərir. Prezident İlham Əliyevin ölkənin əlverişli coğrafi mövqeyini və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu qeyd etməsi ABŞ şirkətlərinin Azərbaycanı yalnız lokal bazar olaraq deyil, eyni zamanda daha geniş regionlara çıxış qapısı olaraq görməsinə şərait yaradacaq.
İlkin Qasımov əlavə edib ki, ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri, həmçinin amerikalı iş adamları ilə görüş iki ölkə arasında siyasi münasibətlərin daha da dərinləşməsi ilə yanaşı, iqtisadi əlaqələr baxımından yeni strateji mərhələnin başlanğıcı olaraq dəyərləndirilə bilər. İstər qarşılıqlı bəyanatlar, istərsə də görüş zamanı səsləndirilən fikirlər rəsmi Bakının ABŞ-ni yalnız investisiya mənbəyi olaraq deyil, eyni zamanda iqtisadi modernləşmə prosesində tərəfdaş olaraq gördüyünü bir daha sübut edir. Mövcud dinamika yeni mərhələdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin əsas istiqamətləri kimi investisiyaların şaxələndirilməsi, qeyri-neft sektorunda birgə fəaliyyət və texnologiya əsaslı əməkdaşlığın ön plana çıxacağını göstərir.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib