İİTKM-in nümayəndələri Böyük Qayıdış çərçivəsində görülən işlərlə tanış olublar
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər ediblər.
İİTKM-in nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun Həsənriz və Vəngli kəndləri, Kəlbəcər şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Bəylik kəndləri, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndləri, Zəngilan şəhəri, Zəngilan rayonunun Ağalı, Cahangirbəyli və Məmmədbəyli kəndlərində icra olunan tikinti, yenidənqurma və bərpa işlərinə, həmçinin kommunikasiya, infrastruktur və digər obyektlərə yerində baxış keçirilib.
Eyni zamanda, nümayəndə heyəti Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, “Qozlukörpü” və “Çaykənd” su elektrik stansiyaları, “Təkəqaya” və “Ağçay” kiçik su elektrik stansiyaları, “Şəfəq” günəş elektrik stansiyası və Cəbrayıl rayonunda yerləşən “Tingçilik və Təlim-Tədris Mərkəzi”ndə görülmüş işlərlə yaxından tanış olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlət Proqramı çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir. 2025-ci ilin birinci yarısınadək 15 min nəfərdən çox əhalinin doğma yurd-yuvalarına köçürülməsi həyata keçirilib. Ümumilikdə, azad edilmiş ərazilərdə yaşayan əhali sayı 50 min nəfərdən çoxdur.
Sözügedən səfər çərçivəsində yaşayış məntəqələri və aidiyyəti layihələrə baxış zamanı İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, müvafiq bərpa, tikinti və idarəetmə xidmətləri, həmçinin 20-dən çox icraçı qurumun əməkdaşları ilə işgüzar müzakirələr aparılıb.
2025-ci ilin birinci yarısına olan məlumata əsasən, Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələr icra edilib, habelə 1 ali, 14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib, 19 səhiyyə obyekti, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinika fəaliyyətə başlayıb. Bununla yanaşı, uzunluğu 300 km-dən artıq olan avtomobil yolunun tikintisi başa çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib