“İqtisadi islahatlar” elmi-analitik jurnalının 12-ci sayı nəşr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 2025-ci ildəki ilk, ümumilikdə isə 12-ci sayı çap olunub (https://ereforms.gov.az/az/publications/37) .
Jurnalın bu sayında ölkə iqtisadiyyatının mühüm sahələrinə həsr edilən Azərbaycan və ingilis dilində on məqalə nəşr edilib:
- "Azərbaycanın dayanıqlı inkişaf yolu: Ekoloji bərpa, yaşıl enerji və karbon emissiyasının azaldılması";
- "Beynəlxalq nəqliyyat dəhlizləri: Milli və qlobal çağırışlar";
- "Azərbaycanın xarici ticarətində məzənnə dəyişikliyinin izi: J-Əyrisi və Marşall-Lerner şərtinin empirik qiymətləndirilməsi";
- "Ali təhsil müəssisələrində elmi tədqiqat fəaliyyətinin artırılmasında differensial əməkhaqqı sistemlərinin əhəmiyyəti";
- "Ümumi makroiqtisadi tarazlıq və səmərəlilik məsələləri";
- "Dayanıqlı inkişaf konsepsiyasının sosial-iqtisadi aspektləri";
- "Azərbaycanda günəş panellərinin fərdi mənzillərə quraşdırılmasının texniki, iqtisadi və ekoloji aspektlərinin araşdırılması"
- "Bərk məişət tullantılarının idarə olunması: Çağırışlar və perspektivlər";
- "Vergi və sosial xərclərin gəlir bərabərsizliyinə təsirinin qiymətləndirilməsi: Azərbaycan nümunəsində empirik təhlil";
- "Transmilli şirkətlərin xarici birbaşa investisiyalarının ÜDM-ə təsiri: Azərbaycan üzrə empirik sübutlar".
Məlumat üçün qeyd edək ki, “İqtisadi islahatlar” elmi-analitik jurnalının nüfuzunun artması və beynəlxalq bazalarda indeksləşdirilməsi istiqamətindəki fəaliyyəti də müsbət nəticəsini verir. Artıq jurnalımızın redaksiya heyətinə xaricdən nüfuzlu alimlər cəlb edilib. Digər tərəfdən, jurnal elmi məlumat bazası olan “RePEc”-ə (Research Papers in Economics) inteqrasiya olunub. Həmçinin “İqtisadi islahatlar” jurnalında çap olunan məqalələr həm “IDEAS”, həm də “EconPapers” platformalarında oxuculara təqdim olunur.
Jurnala məqalə təqdim etmək istəyən tədqiqatçıların isə nəzərinə çatdırırıq ki, artıq 13-cü say üçün məqalə qəbulu başlayıb. Məqalələrinizi onlayn qaydada jurnala təqdim edə bilərsiniz: https://journal.ereforms.org/az/submit-article






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir