Azərbaycanın məşğulluq siyasəti və aparılan islahatları Vyanada təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Valyuta Fondunun (BVF) dəvəti ilə Birləşmiş Vyana İnstitutu (JVI) tərəfindən təşkil olunan təlim proqramında iştirak edib.
Proqram çərçivəsində BVF nümayəndələri tərəfindən məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər, əmək bazarı institutlarının gücləndirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində vergi siyasəti, gəlir idarəetməsi və sosial sığorta proqramlarının rolu kimi mühüm məsələlər barədə təqdimatlar edilib. Bununla yanaşı, təlimdə Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında əmək bazarının qarşılaşdığı çağırışlar, o cümlədən demoqrafik dəyişikliklər, əmək məhsuldarlığının səviyyəsi, əmək bazarında iştirakçılıq kimi məsələlər diqqət mərkəzində olub.
Dünya ölkələrinin nümayəndələri və Azərbaycanın müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Ayaz Müseyibov ölkəmizin məşğulluq siyasəti sahəsində əldə etdiyi nailiyyətlər, həyata keçirilən islahatlar və tətbiq olunan innovativ yeniliklər barədə təqdimatla çıxış edib. Həmçinin, Azərbaycanın məşğulluq siyasətinin beynəlxalq səviyyədə, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən qlobal innovativ keys kimi tanınması, bu sahədə aparılan islahatların yüksək qiymətləndirilməsi və beynəlxalq mükafata layiq görülməsi, Azərbaycanda “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” Ayaz Müseyibov tərəfindən xüsusi vurğulanıb. Tədbirdə iştirak edən digər ölkələrin nümayəndələri Azərbaycanın məşğulluq siyasəti sahəsində əldə etdiyi uğurlar və icra etdiyi genişmiqyaslı proqramlara böyük maraq göstəriblər.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib