
Vüsal Qasımlı “StartUp School 2” layihəsinin tərəfdaşlarını qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı “StartUp School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin “Məzun Günü”ndə iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” nin rəhbəri Mehmet Tosun, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyevi qəbul edib. Görüş zamanı sabah keçiriləcək “Məzun Günü”nə hazırlıqla bağlı aparılan son işlər müzakirə olunub.Təşkil olunacaq hakaton yarışı barədə əsas məqamlara diqqət yetirilib.
Eyni zamanda birgə həyata keçirilən “StartUp School 1” və “StartUp School 2” layihələrindən əldə olunan uğurlar və çağırışlar müzakirə olunub. Həmçinin gələcək əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School” layihələrini ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçirir.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İƏT-in əsas üstünlüyü enerji ehtiyatları və nəqliyyat əlaqələridir
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya və rifah: Kimə nə vəd edir?
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru