05 dekabr 2024, 16:32

 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı “StartUp School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin “Məzun Günü”ndə iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” nin rəhbəri Mehmet Tosun, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyevi qəbul edib. Görüş zamanı sabah keçiriləcək “Məzun Günü”nə hazırlıqla bağlı aparılan son işlər müzakirə olunub.Təşkil olunacaq hakaton yarışı barədə əsas məqamlara diqqət yetirilib.

Eyni zamanda birgə həyata keçirilən “StartUp School 1” və “StartUp School 2” layihələrindən əldə olunan uğurlar və çağırışlar müzakirə olunub. Həmçinin gələcək əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı “Startup School” layihələrini ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az