Pakistan iş adamları Azərbaycana sərmayə yatırmaqda maraqlıdır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Pakistanın “MCB Bank” rəhbərliyində təmsil olunan Sikander Zulqernain və Nauman Çuqtai, həmçinin “MCB BOKT” QSC-nin İdarə heyətinin sədri Rəmal Cəfərovdan ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə V. Qasımlı Azərbaycan Respublikası Prezidentinin cari ilin iyul ayında Pakistana dövlət səfəri zamanı iki ölkə arasında tranzit və preferensial ticarət, mineral ehtiyatlar və geologiya, informasiya texnologiyaları və kommunikasiyalar, elm və texnologiya, sahibkarlıq və digər sahələr üzrə imzalanan 15 sənəd haqqında məlumat verib. O, güzəştli ticarət formatına aid 9 maddənin müəyyən edilməsi, eləcə də Pakistan və Azərbaycan sərmayələrinin həcminin 2 milyard dollara çatdırılması ilə bağlı əldə olunan razılığı xüsusi vurğulayıb. Eyni zamanda Azərbaycandakı əlverişli investisiya mühiti və xarici sərmayədarları cəlb etmək üçün həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu daxil olmaqla azad edilmiş ərazilərdəki ağıllı infrastruktur layihələri, bərpa olunan enerji, turizm, İKT və tranzit kimi potensial investisiya sahələrini qonaqların diqqətinə çatdırıb.
“MCB Bank”ın nümayəndələri də iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, mal və xidmət axınının asanlaşdırılması, logistika, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrində biznes fəaliyyətlərinin genişləndirilməsinə maraq göstərdiklərini, ölkə liderlərinin müəyyən etdiyi hədəflərə uyğun olaraq Azərbaycan və Pakistan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Qonaqlar İİTKM-in nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılara göstərilən xidmətlər barədə məlumat alıblar.






Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu