“Startaplara dəstək” layihəsi uğurla başa çatıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü, “SABAH.HUB” İnkubasiya Mərkəzinin tərəfdaşlığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə keçirilən “Startaplara dəstək” layihəsi başa çatıb.
Layihə çərçivəsində təqdim olunan startaplar qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirilib, təhsil, hüquq, kənd təsərrüfatı və s. sahələri əhatə edən seçilmiş startaplara özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.
Beləliklə, “Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin iştirakçıları olan “Ecoprint”, “Abroadventure”, “SchoolPlus”, “E-Legal”, “Supply Chain Community”, “Ekinchi”, “Metatesk” və “Recepta” komandalarının üzvlərinə zəruri ləvazimatlar təqdim edilib.
Layihənin məqsədi yeni yaranan şirkətlərin dəstəklənməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun azaldılmasına dəstək göstərməkdir.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”