30 iyul 2024, 11:53

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü, “SABAH.HUB” İnkubasiya Mərkəzinin tərəfdaşlığı,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə keçirilən “Startaplara dəstək” layihəsi başa çatıb.

Layihə çərçivəsində təqdim olunan startaplar qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirilib, təhsil, hüquq, kənd təsərrüfatı və s. sahələri əhatə edən seçilmiş startaplara özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.

Beləliklə, “Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin iştirakçıları olan “Ecoprint”, “Abroadventure”, “SchoolPlus”, “E-Legal”, “Supply Chain Community”, “Ekinchi”, “Metatesk” və “Recepta”  komandalarının üzvlərinə zəruri ləvazimatlar təqdim edilib.

Layihənin məqsədi yeni yaranan şirkətlərin dəstəklənməsi yolu ilə əhalinin məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun azaldılmasına dəstək göstərməkdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az