İİTKM-də “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı və “Kapital Bank” ASC-nin dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib.
Təlimin keçirilməsində məqsəd Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, innovativ maliyyə alətləri haqqında məlumatlandırılmasından ibarət olub.
Təlimi giriş sözü ilə açan İİTKM-in şöbə müdiri Nicat Hacızadə tədbirin önəmini diqqətə çatdıraraq Azərbaycan ixracatçısının maliyyə resurslarına əlçatanlığının asanlaşdırılması, istehsal müəssisələrinin ixraca yönəlməsi üçün mütəmadi olaraq likvidliklə təmin olunması, qeyri-neft/qaz məhsullarının məhsuldarlığının artırılması, xarici bazarda keyfiyyət və qiymət üstünlüyünün əldə edilməsində bank sektorunun rolundan danışıb.
“Kapital Bank” ASC-nin kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə birlikdə ənənəvi olaraq sahibkarlarla belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O, həmçinin çıxışında bankın sahibkarlıq istiqamətində atdığı mühüm addımlara, biznesin inkişafındakı yanaşmasına və bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəldiyindən söz açıb.
Təlimdə Kapital Bankın KOS və Korporativ məhsullar sahəsinin məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv və s. haqqında sahibkarlara geniş məlumat verib.
Çıxışlardan sonra fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda təlimdə iştirak edənlərə sertifikat təqdim olunub.
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
"Azerbaijan’s Admission to the D-8: Strengthening Economic Cooperation with Global Potential"
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi