Yerli məhsulların portalına məlumatların daxil edilməsinə başlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portalının yaradılması başa çatmaq üzrədir. Artıq yeni yaradılan İnternet portalına ölkədə yerli şirkətlərin məlumatlarının daxil olunması prosesinə start verilib. Bu məqsədlə bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yerli istehsalçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Şirkətlər nümayəndələrinə yeni yaradılan portalı məqsədi, texniki imkanları və oraya məlumatların daxil edilməsi ilə bağlı ətraflı məlumat verilib. Portalın hazırlanmasından məsul olan icraçılar yerli istehsal olan məhsullar haqqında məlumatların portala daxil edilmə yollarını şirkətlər nümayəndələrinə izah ediblər və bununla bağlı onların suallarını cavablandırıblar. Növbəti mərhələdə istehsalçı şirkətlər portala məlumatların daxil edilməsi prosesini həyata keçirəcəklər.
Yerli məhsul istehsal edən şirkətlərlə görüşlər iki gün davam edəcək.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib