Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikasının bugünkü inkişafı məhz müstəqil dövlətimizin memarı və qurucusu olan ümumilli lider Heydər Əliyevin ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılmasına əsaslanır. Azərbaycanın inkişaf modelinə həsr olunan konfransda Azərbaycanın dövlət quruculuğu, ölkənin iqtisadi və mədəni inkişaf modeli, diplomatiyada əldə olunan uğurlar, yeni mədəniyyət strategiyası, qlobal və regional miqyasda enerji təhlükəsizliyinin təmin olunması, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində oynadığı qovşaq rolu və digər istiqamətlərdə müzakirələr aparılıb.
Konfrans AzTV-nin hazırladığı Prezident İlham Əliyevin 60 illiyinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Daha sonra Yeni Azərbaycan Partiyasının Sədr müavini Tahir Budaqov konfransı açıq elan edib. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Əli Hüseynli “Azərbaycanda dövlət quruculuğu”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Azərbaycanın iqtisadi inkişaf modeli”, Milli Məclisin Komitə sədri Səməd Seyidov “Azərbaycan diplomatiyasının uğuru”, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın yeni mədəniyyət strategiyası”, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov “Azərbaycanın enerji təhlükəsizliyi”, Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Azərbaycanın inkişaf modeli və davamlı inkişaf” və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Azərbaycanda innovativ inkişaf və əqli mülkiyyət hüquqları” mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda Yeni Yeni Azərbaycan Partiyasının Sədr müavini Tahir Budaqovun məsləhətçısı və ön söz müəllifi olduğu “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nurlan Qələndərlinin hazırladığı “Böyük yolun Müzəffər davamçısı” kitabı təqdim olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib