Xaçmazda aqrar sahibkarlar üçün ixrac, subsidiya və sığorta mövzularında görüş keçiriləcək
Xaçmaz rayonunda fəaliyyət göstərən aqrar sahibkarlarla kənd təsərrüfatı məhsullarının ixracı, aqrar subsidiya imkanları və sığorta mexanizmlərinə dair maarifləndirici görüş keçiriləcək. Tədbir Xaçmaz KOB Evində təşkil olunacaq.
Görüş Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Sığorta Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirin əsas məqsədi aqrar sahədə fəaliyyət göstərən sahibkarların ixrac imkanlarının genişləndirilməsi, aqrar subsidiya mexanizmlərindən səmərəli istifadə imkanlarının izahı, həmçinin fermerlərin istehsal prosesində üzləşə biləcəyi risklərdən qorunma yolları barədə məlumatlandırılmasıdır.
Görüş çərçivəsində aşağıdakı mövzular üzrə müzakirələrin aparılması nəzərdə tutulur:
- aqrar məhsulların ixracında mövcud vəziyyət və yeni ixrac kanallarına çıxış imkanları;
- aqrar sahədə rəqəmsal həllərin tətbiqi və rəqəmsallaşmanın üstünlükləri;
- aqrar sığorta mexanizmləri və fermerlərin risklərdən qorunması.
Görüş 22 dekabr 2025-ci il tarixində, saat 12:00-da Xaçmaz KOB Evində keçiriləcək.
Görüşdə iştirak üçün qeydiyyat linki:
https://docs.google.com/forms/d/e/1FAIpQLSdDuHuJeDj6Js9qds_ewMmYmLmRj6AZTuiAztXdoKBfHgGidA/viewform?pli=1









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib