Vüsal Qasımlının məqaləsi nüfuzlu elmi jurnalda nəşr edilib
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlının elmi məqaləsi nüfuzlu elmi jurnalda – İtaliyanın “Ponte” dərgisində çap olunub. Thomson Reuters-ə daxil olan dərgidə nəşr edilən məqalə “Avropa ölkələrində əmək məhsuldarlığına təsir göstərən əsas amillər” adlanır. V.Qasımlı Avropa İttifaqının 15 ölkəsinin məlumatlarından istifadə edərək R&D, dövlətin təhsilə qoyduğu sərmayə və həmkarlar ittifaqlarının sıxlığının əmək məhsuldarlığına təsirini qiymətləndirib və müvafiq tövsiyyələr müəyyənləşdirib. Elmi məqalədə müxtəlif ekonometrik üsullardan istifadə etməklə V.Qasımlı nəticələri və tövsiyyələri həm Avropa İttifaqı, həm də ayrı-ayrı ölkələr üçün təqdim edib. Elmi əsərin 4-cü Sənaye İnqilabı şəraitində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün empirik əhəmiyyəti var. Elmi məqalədəki tezislər əmək məhsuldarlığının artırılması üçün strategiyaların işlənilməsi və həyata keçirilməsində istifadə oluna bilər.
Məqalə ilə tanış olmaqdan ötrü aşağıdakı linkdən istifadə edə bilərsiniz:









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar