Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə Kembric nəşrində dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlının həmmüəllifi olduğu məqalə nüfuzlu beynəlxalq nəşrdə – Kembric Universiteti Nəşriyyatı tərəfindən yayımlanan “Cambridge Prisms: Energy Transitions” jurnalında dərc olunub.
“Ətraf mühit vergiləri və bərpa olunan enerjinin dekarbonizasiyaya qısa və uzunmüddətli təsirlərinin multimodal təhlili” (A Multi-Model Analysis of the Short-Run and Long-Run Effects of Environmental Taxes and Renewable Energy on Decarbonization) adlı məqalədə iqlim dəyişikliyi ilə mübarizə və karbon emissiyalarının azaldılması istiqamətində fiskal alətlər və enerji keçidinin rolu kompleks modellər vasitəsilə qiymətləndirilib. Tədqiqatda həm vergi siyasətinin, həm də bərpa olunan enerji investisiyalarının iqtisadi artım və emissiya dinamikasına təsirləri müqayisəli təhlil edilib.
Məqalədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində karbon dioksid emissiyalarının azaldılmasında iqtisadi alətlərin effektivliyi araşdırılıb. 2000–2022-ci illəri əhatə edən balanslaşdırılmış panel məlumatlar əsasında çoxmodellli ekonometriya yanaşması tətbiq olunub və ölkələrarası fərqliliklər, qarşılıqlı asılılıq və dinamik təsirlər nəzərə alınıb.
Nəticələr göstərib ki, bərpa olunan enerji istehlakı bütün modellər üzrə emissiyaları əhəmiyyətli və davamlı şəkildə azaldır, xüsusilə uzunmüddətli dövrdə təsir daha güclü olur. Əksinə, ekoloji vergi gəlirlərinin təsiri zəif və qeyri-sabit xarakter daşıyır. Tədqiqat emissiyaların azaldılması siyasətində əsas prioritet kimi bərpa olunan enerji mənbələrinin genişləndirilməsinin vacibliyini vurğulayır.
Məqalənin digər həmmüəllifləri i.ü.f.d. Günay Quliyeva və Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Rəşad Bağırovdur.
“Cambridge Prisms: Energy Transitions” jurnalı enerji keçidi, iqlim siyasəti və dayanıqlı inkişaf sahəsində aparıcı elmi platformalardan biri hesab olunur. Məqalənin açıq giriş (open access) rejimində yayımlanması onun beynəlxalq elmi ictimaiyyət üçün əlçatanlığını təmin edir.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış ola bilərsiniz:








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib