Vüsal Qasımlı Yay Enerji Məktəbində məruzə etdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “ADA” Universitetində XI Bakı Yay Enerji Məktəbində məruzə ilə çıxış edib. Məruzədə ölkədə aparılan iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, ixracın genişləndirilməsi və Azexport portalının bu sahədə rolu, həmçinin Rəqəmsal Ticarət Qovşağı haqqında iştirakçılara məlumat verilib.
"ADA” Universitetinin artıq brend proqramına çevrilən Bakı Yay Enerji Məktəbi bu il 14 ölkədən – Amerika, Polşa, Macarıstan, Slovakiya, İsrail və digər ölkələr olmaqla 35 iştirakçı cəlb edib. İki həftəlik təlim proqramının məqsədi Azərbaycanın qlobal səhnədə mahiyyəti və yerini tanıtdırmaq, bölgənin enerji sənayesi barədə biliyi olan ekspertlərin sayını artırmaqdır. Proqramın sonunda məktəb iştirakçıları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən sertifikatlarla təltif ediləcək.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır