Vüsal Qasımlı www.enterpriseazerbaijan.com portalını Silikon Vadisində təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın San-Fransisko şəhərinə səfər edib. Səfərin məqsədi www.enterpriseazerbaijan.com portalının ABŞ investorlarına təqdim edilməsi olub. V.Qasımlı səfərin gedişində Silikon Vadisində aparıcı mələk, toxum və vençur investorlarla görüşlər keçirərək, Portal barədə onlara ətraflı məlumatlar təqdim edib. Müzakirələr zamanı Azərbaycanda startup layihələri, biznes ideyalarının maliyyələşdirilməsi imkanlarından danışılıb. Eyni zamanda www.enterpriseazerbaijan.com portalındakı layihələrin ABŞ-da kraudfandinq və kraudinvestinq edilməsi ilə bağlı müzakirələr aparılıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı həmçinin ABŞ-ın Kommersiya Xidmətinin Silikon vadisindəki nümayəndələri ilə də görüşlər keçirib. Ümumi müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar ölkədə ictimai siyasi və makroiqtisadi sabitlik və yaradılan infrastruktur, ölkənin Şərq-Qərb və Şimal – Cənub dəhlizlərində yerləşdirilməsi bu ölkəyə sərmayə yatırılması imkanlarını genişləndirir. V. Qasımlı bildirib ki, görüşlər zamanı ABŞ investorlarının diqqətini daha çox Azərbaycanda həyata keçirilən layihələr, biznes, regional bazarlara yaxşı çıxış imkanları cəlb edib.
V. Qasımlı Azərbaycanda həyata keçirilən innovativ layihələr, elektron hökumət, Rəqəmsal Ticarət Qovşağı və s. barədə məlumat verib. ABŞ inverstorları xüsusən də Silikon Vadisində olan investorlar innovativ inkişafla bağlı çox maraqlı olduqlarını qeyd ediblər. Bu sahədə həyata keçirilən strateji yol xəritələrində yer alan innovativ inkişaf, texnologiyaların təşviqi və insan kapitalının inkişafı məsələləri də müzakirə mövzusu olub.
Qeyd edək ki, “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsi Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bu portal Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olacaq.
Portalın yaradılması həm də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrasına da xidmət edəcəkdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf