Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələrini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) nümayəndələrini qəbul edib. Görüşdə IPADS-in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iştirak ediblər.
Vüsal Qasımlı Vyetnamın regionda uğurlu iqtisadi siyasətini və Azərbaycan iqtisadiyyatının inkişafını nəzərə alaraq, Vyetnam və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O həmçinin "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda nəzərdə tutulan hədəfləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması sahəsində görülən işləri qonaqların diqqətinə çatdırıb. Vüsal Qasımlı dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılan rəqəmsal platformalar - www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında məlumat verib, bu platformalara süni intellektin inteqrasiyasından və irihəcmli məlumatların effektiv emalından danışıb. O, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində əldə etdiyi nailiyyətlərin Orta Asiya dövlətlərində böyük maraq doğurduğunu vurğulayıb və bu sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində işlərin aparıldığını qeyd edib.
Xanım Le Nguyen Thien Nga isə "Siyasətdən Həyata" milli təşəbbüsünün layihə rəhbəri olduğunu qeyd edib və İİTKM ilə əməkdaşlığı genişləndirmək, süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, qarşılıqlı seminarların keçirilməsi, hesabatların hazırlanması və birgə tədqiqat layihələrinin inkişafı sahəsində fəaliyyətin davam etdirilməsinə dair niyyətlərini ifadə edib.
Sonra İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Gültac Əhmədzadə-Tapdıqzadə www.boyukqayidish.gov.az platforması nümunəsində dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi prosesinə aid təqdimatla çıxış edib. O, proqramların icra vəziyyətinin qiymətləndirilməsi və effektivliyin artırılması məqsədilə tətbiq edilən metodologiyalar və layihələrin strateji istiqamətləri barədə ətraflı məlumat verib.
Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun nümayəndələri Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildiriblər.
IPADS-in direktoru xanım Le Nguyen Thien Nga və “Hanoi UNESCO” Səyahət Klubunun nümayəndəsi cənab Nguyen Xuan Quynh iki dövlət arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Görüşdə həmçinin İİTKM-in İqtisadi Təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli və Monitorinq və Qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Qurban Rzayev də iştirak ediblər.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu