Vüsal Qasımlı: Valyuta bazarında tələb tam ödəniləcəkdir
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı valyuta bazarında yaranmış vəziyyətlə bağlı sualı cavablandırıb:
Hazırda banklardan kənarda nağd pul (M0) 9,3 milyard manatdır. Hər ay Azərbaycan əhalisi adambaşına orta hesabla 300 manat, ümumilikdə, aylıq 3 milyard manat istehlak xərclərini həyata keçirir. Bu hesabla banklarda valyuta mübadiləsi etmək üçün manatla potensial yığım məhduddur. Qarşıdakı günlərdə banklarda valyuta dəyişmənin intensivliyi azalacaqdır. Çünki əhalinin aylıq xərcləri nağd pul kütləsinin 1/3-i qədərdir. Yəni nağd manatın bir hissəsi cari istehlakı təmin etmək üçün əhaliyə lazımdır və həmin vəsaitin dollara çevrilməsinə zərurət yoxdur.
Bu həftə ərzində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən üç valyuta hərracında orta hesabla 700 milyon dollar vəsait banklara satılıb. Özü də hər növbəti hərracda özündən əvvəlkinə nisbətən daha az valyuta tələbi olub. Bu o deməkdir ki, gələn həftələrdə, xüsusən Novruz bayramı alış-verişlərinin də manatla olacağını nəzərə alsaq, manatın dollara çevrilməsi tezliyi səngiyəcək.
Qaldı ki, manatla əmanətlərin dollara çevrilməsi bir tərəfdən əmanət faizləri arasındakı fərq, digər tərəfdən isə konvertasiya xərclərinə görə orta hesabla 10 faizə qədər vəsait itkisi deməkdir. Rasional seçim nəzəriyyəsinə görə, manatla əmanətlərin dollara çevrilməsi indi daha risklidir və əhali buna könülsüzdür. Başqa tərəfdən, 2014-cü ildə manatla depozitlər 9 milyard dollardan artıq bir dəyərə malik olduğu halda, hazırda bu göstərici 5,1 milyard dollar ekvivalentindədir. Manatla depozitlərin dollarlaşma təzyiqi də hazırda 2014-cü illə müqayisədə dəfələrlə azalıb.
Əvəzində sərbəst dönərli valyuta ilə depozitlər bu ilin yanvarında 10,6 milyard manata çatmaqla, 2014-cü ildəki göstəricidən 2,6 dəfə çoxdur. Sərbəst dönərli valyutada depozitlərin artması valyuta bazarına təzyiqi azaldan bir haldır.
Ümumiyyətlə, 2014-cü ildə geniş pul kütləsinin (M3) 81 faizi, hazırda isə 63 faizi manatla ifadə olunur. Manatın geniş mənada pul kütləsində xüsusi çəkisi 2014-2020-ci illərdə 29 faiz azalıb. Bu da o deməkdir ki, manatın dollara çevrilməsi üçün indi 2014-cü ilə nisbətən daha az ehtiyac var. Banklardan kənardakı nağd pulun geniş pul kütləsinə hazırki nisbətini 2014-cü ilin eyni göstəricisi ilə müqayisə edəndə, hazırda daha çox azalmanın şahidi oluruq – 45 faiz. Pul aqreqatları ilə hesablayanda, hazırda dollarlaşma təzyiqi 2014-cü ilə müqayisədə əhəmiyyətli şəkildə azalıb. Buna görə də, hökumətə və Mərkəzi Banka hazırda valyuta bazarının tələbini ödəmək daha asandır.
Bu il ərzində Çin, İran və başqa ölkələrdən idxalın azalması perspektivini və ötən ilki monetar qızılın idxalını da nəzərə alanda idxal ehtiyacları üçün keçən illə müqayisədə daha az valyuta lazım olacağını proqnozlaşdıra bilərik.
Yeri gəlmişkən, Mərkəzi Bankın valyuta ehtiyatları yalnız makroiqtisadi “stabilizator” və “təhlükəsizlik yastığı” funksiyasını həyata keçirir. Bu həftə Mərkəzi Bankda həyata keçirilən valyuta hərracları isə Dövlət Neft Fondu ilə birlikdə baş tutub. Hansı ki, Dövlət Neft Fondu büdcəyə transfert və köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasının maliyyələşdirilməsi üçün bu il onsuz da indiki kursla 6,8 milyard dolları yerli bazara təklif etməyi planlaşdırır.
Hazırda əsas vəzifə valyuta bazarında tələb-təklifi tənzimləmək və panikaya yol verməməkdir. Əhalinin valyuta tələbi tam ödəniləcəkdir.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf