Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndə heyətini qəbul edib. İİTKM-də keçirilən görüş zamanı tərəflər iqtisadiyyatın şaxələndirilməsi sahəsində ABŞ və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər.
V.Qasımlı son illər Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatlar barədə ətraflı məlumatlar təqdim edərək əlavə edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə institutunu inkişaf etdirməklə “yaxşı idarəetmə”yə öz töhfəsini verir. Məhz islahatların nəticəsində Azərbaycan dünyada ən islahatçı ölkə statusunu qazanıb, ölkədə makroiqtisadi sabitlik və iqtisadi artım təmin edilib. V.Qasımlı həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az, Enterpriseazerbaijan.com, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağından ibarət ekosistemi barədə qonaqları məlumatlandırıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Missiya direktoru Caydev Sinkx təmsil etdiyi qurum tərəfindən qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını, yerli biznes mühitinin yaxşılaşdırılması üçün bundan sonra da mümkün töhfə verəcəklərini bildirib. C.Sinkx qeyd edib ki, ABŞ investisiyalarının Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına cəlb edilməsi üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə əməkdaşlıq etməyə hazırdılar. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzini ziyarət edərək sahibkarlar üçün yaradılan əlverişli şəraitlə tanış olublar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib