Vüsal Qasımlı: Uçot dərəcəsinin sabit saxlanılması balanslaşdırıcı qərardır
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9 faiz saxlanılmaqla aşağı həddi 6.75 faizə qaldırılıb. Bu qərarı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, pul siyasətində manatın məzənnəsi makroiqtisadi vә maliyyә sabitliyinin əsas lövbәri kimi qəbul edilir: “Pul siyasәti qiymәt sabitliyinә əsaslanır. Mərkəzi Bankın hesablamalarına görə, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir.
Ötən ilin sonlarına yaxın manata olan bahalaşma təzyiqləri, hazırda əks istiqamətdə fəaliyyət göstərir. Valyuta bazarında tələb-təklif, tәdiyә balansına neftin aşağı qiymətinin təsiri və dollarlaşma meyilləri bu sıradadır. Digər tərəfdən də inflyasiyaya cilovlayıcı təsir göstərən amillər mövcuddur. FAO-nun Qida Qiymətləri İndeksi (FFPI) 2020-ci ilin fevral ayında əvvəlki ayla müqayisədə 1 faiz azalıb. İndeksi təşkil edən dörd məhsul – taxıl, süd, ət və bitki yağı ucuzlaşıb, yalnız şəkər bahalaşıb. Qeyri-әrzaq mәhsulları vә xidmәtlәr üzrә də tələbin azalması qiymətlərin ucuzlaşmasına təsir edir.
Belə bir şəraitdə Mərkəzi Bank uçot dərəcəsini dəyişməməklə balanslaşdırıcı qərar qəbul etmişdir. Pul siyasətinin qarşısında bir tərəfdən monetar şəraiti sərtləşdirməmək, digər tərəfdən isə manatın məzənnəsi və qiymət sabitliyini təmin etmək kimi vəzifələr dayanır.
Faiz dəhlizinin aşağı həddini 5,5 faizdən 6,75 faizə qaldırmaqla kommersiya banklarının Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında iştirakı stimullaşdırılır. Çünki faiz dəhlizinin aşağı həddi depozit hərraclarında bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsini müəyyənləşdirir. Beləliklə, faiz dəhlizinin aşağı həddi artmaqla, depozit hərraclarında əqdlər üzrə orta faiz dərəcəsini də 1,25 faiz çoxaldacaq. Bir sözlə, Mərkəzi Bankın cəlb etdiyi manat kütləsi kommersiya bankları üçün daha cəlbedici olacaq, manat kütləsinin sterilizasiyası üçün daha əlverişli şərait yaranır. Dollarlaşma təzyiqini nəzərə alanda, hazırda dövriyyədə manat kütləsinin idarə edilməsi çox əhəmiyyətlidir.”









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf