Vüsal Qasımlı: Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək
“Şuşa yenidən təkcə Azərbaycanda deyil, bütün Qafqazda yaradıcı sənayenin mərkəzinə çevriləcək” – bu sözləri Şuşanın azad olunması münasibətilə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. Onun sözlərinə görə, yaradıcı və mədəniyyət sənayeləri dünya iqtisadiyyatında dinamik inkişaf edən sektorlardan biridir: “Yaradıcı sektor iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya sahələrini birləşdirən sənaye növüdür. Beynəlxalq kateqoriya və təsnifatlandırmaya əsasən yadacıcı sənaye sahələrinə musiqi, rəqs və teatr, dizayn, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, video və foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, xalçaçılıq, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalardan ibarətdir. Bu mənada Şuşada yaradıcı və mədəniyyət sənayelərinin inkişafı potensialı böyükdür.” Vüsal Qasımlının sözlərinə görə Şuşa Qafqazın konservatoriyası şöhrətini özünə qaytara biləcək: “Burada musiqi məktəbləri, konservatoriya, musiqi alətləri sənayesi, “Xarı Bülbül” festivalı da daxil olmaqla müxtəlif musiqi tədbirləri şəhərin şöhrətini özünə qaytaracaq. Şuşada həmçinin turizmin inkişaf potensialı var. Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa tarixi, sağlamlıq və mədəni turizm üçün böyük imkanlara malikdir. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və s. turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına gətirib çıxaracaq. Şuşa həm də Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına malikdir.” V.Qasımlı sonda deyib ki, “Prezident İlham Əliyev xalqa müraciətində bildirib ki, biz Şuşanı dirçəldəcəyik. Digər işğaldan azad olunan ərazilərimiz kimi, Şuşanın da Azərbaycanın tərkibində sürətli inkişafı gözlənilir. Mərhələlərlə, işğaldan azad olunan ərazilərimizdə kommunikasiyalar bərpa olunacaq, yaşayış və iqtisadiyyat canlandırılacaq. Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan dövlətinin, cəmiyyətinin və iqtisadiyyatının intibah dövrünə qəqəm qoyması deməkdir. Ali Baş Komandanın rəhbərliyilə torpaqlarımız azad olunduqca, bərpa olunan tarixi ədalət inkişafımıza əlavə stimul verir, cəmiyyətdə inamı və özgüvəni artırır. İnam və özgüvən isə hər bir inkişafın əsasında dayanır.”









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf