Vüsal Qasımlı “Startup School”un professor-müəllim heyətilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “Startup School”un beynəlxalq səviyyəli təlimçiləri – professor Pavel Pietrasienski (ABŞ-ın Nevada Universiteti), professor Mətt Vestfild (ABŞ-ın Nevada Universiteti) və professor Melike Aktaş Bozkurt (Türkiyənin OSTİM Universiteti) ilə görüşüb. Görüşdə İİTKM-in operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School” layihəsi barədə danışılıb, layihənin ilk mərhələsinin uğurla başa çatdığı, həmçinin bu layihənin ümumilikdə startap ekosisteminə özünəməxsus töhfələr verdiyi bildirilib. Vüsal Qasımlı təlimçilərə “Startup School” layihəsində fəal iştiraklarına görə təşəkkür edib və bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Qeyd edək ki, sabah – may ayının 19-da “Startup School” layihəsi üzrə ilk məzunların buraxılış günü keçiriləcək. Layihə Azərbaycanda startap ekosisteminin inkişafına dəstək vermək, yerli startapçıların qlobal tendensiyalara inteqrasiyasını sürətləndirmək, innovasiyaları inkişaf etdirmək üçün gənc startapçıları nəzəri və təcrübi biliklərlə təmin etmək, daha çox gəncin ideyalarını reallığa çevirmək, gənclərə innovativ sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, startapların yerli və xarici investorların diqqətinə çatdırılmasına yardım etmək və beləliklə, kiçik və orta biznesin böyüməsini stimullaşdırmaq məqsədilə təsis olunub.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib