Vüsal Qasımlı Silikon Vadisinin təmsilçisini qəbul edib
İqitisadi İslahatların Təhlili Və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr. Vüsal Qasımlı, ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan və ” Finding My Place” təşkilatının həmtəsisçisi İngrid Rosteni və “GoldenPay” şirkətinin təsisçisi Fərid İsmayılzadəni qəbul edib. Görüşdə əsasən Azexport portalı, eləcə də Prezidentin Fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə danışılıb. İİTKM-nin icraçı direktoru bildirib ki, Rəqəmsal Ticarət Qovşağı vahid ixrac pəncərəsini təqdim edəcək. Bununla da sahibkarlarımız daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər. Rəqəmsal Ticarət Qovşağı həm də elektron pul kisəsi və elektron imzaların qarşılıqlı tanınmasını təmin etməklə sahibkarlarımızın xarici partnyorlarla əlaqələrini daha da asanlaşdıracaq. Xanım İngrid Rosten Azərbaycanda belə bir rəqəmsal qovşağın yaradılmasını müsbət hal hesab edib. O əlavə edib ki, bu Azərbaycanın rəqəmsal lider kimi mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsinə öz töhfəsini verəcək. İngrid Rosten Azərbaycanla bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu əlavə edib.
Qeyd edək ki, İngrid Rosten NASA-da kosmik tədqiqatlar üzrə müxtəlif tətbiqlərin hazırlayıcısı və ideya müəllifidir. O, 2014 2015-ci illərdə Hack the Moon və Hackathons applikasiyalarının müəllifidir. Bu applikasiyalar cəmiyyətidə kosmosla bağlı dünyada mövcud olan problemlərin həllinə yönəlib.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan “Geoiqtisadi sabitlik dəhlizi” kimi: Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır