Vüsal Qasımlı: “Qanunverici hakimiyyətin islahatı davamlı iqtisadi inkişafımıza xidmət edəcək.”
Yeni Azərbaycan Partiyasının növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünə münasibət bildirən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, dövlət hakimiyyəti qollarından icra hakimiyyəti və məhkəmə hakimiyyəti istiqamətlərində cənab Prezidentin rəhbərliyilə islahatlar yeni mərhələyə qədəm qoymuşdur: “Bu baxımdan hakimiyyətin digər qolu - qanunvericilik hakimiyyətinin də islahatına ehtiyac yaranmışdır. Çünki qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı və uzlaşdırılmış fәaliyyәtini təmin etmək üçün islahatların bütün dövlət idarəetmə sistemini əhatə etməsi vacibdir. Təsadüfi deyil ki, Azərbaycan Dünya Bankının hazırladığı “Hökümətin effektivliyi” subindikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyişə nail olmuş ölkədir. Çünki Azərbaycanda dövlət idarəetmə islahatları BMT-nin davamlı inkişaf məqsədləri, yaxşı idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur. Bu ilin dekabrında bələdiyyə seçkilərinin də keçirilməsi nəzərdə tutulur ki, bu da yerli idarəetmənin də yeni dövrün tələbinə və islahat gündəliyinə uyğun olaraq yenilənməsini ehtiva edir. Parlament cəmiyyətin yeni çağırışlarının hakimiyyətdə yeni təmsilçilər vasitəsilə çatdırmaq üçün uyğun bir platformadır. Parlamentin yeni tərkibi cəmiyyətin islahata köklənmiş hazırkı əhval-ruhiyyəsini daha dolğun ifadə edə bilər. Növbədənkənar seçkilər imkan verəcək ki, Azərbaycan vətəndaşı məhz bu günkü qayğılarını, gözləntilərini, maraqlarını və iradəsini səs verəcəyi namizədlər üzərindən qanunverici hakimiyyətə çatdırsın. Beləliklə, bu islahat da vətəndaş-mərkəzli olmaqla daha çox əhalinin maraqlarına xidmət edəcəkdir. Ölkədə dərinləşən iqtisadi, sosial və məhkəmə-hüquq islahatlarına paralel olaraq siyasi islahatların aparılması, indiki halda qanunverici hakimiyyətin islahatı mühüm əhəmiyyət kəsb edir. Məhz belə genişmiqyaslı və sistemli islahatlar təkamül prinsipinə uyğun olaraq kataklizmlərdən qaçmaqla həyata keçirilir. İslahatların ahəngdarlığı və rəvan xətti onun dövlətə, əhaliyə və biznesə daha faydalı olmasını təmin edir. Cənab Prezident tərəfindən islahatların belə sistemli həyata keçirilməsi biznes gözləntilərinin yaxşılaşmasına xidmət edir. Bu halda “Deloitte” şirkətinin Azərbaycanda apardığı sorğularla bağlı nəticələri də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, ölkəmizdə fəaliyyət göstərən, illik 100 milyondan artıq dövriyyəsi olan şirkətlərin 87%-i fikirləşir ki, onların gəlirləri daha da artacaq. “Ernst Young”ın sorğularının nəticələrinə görə, 2018-ci ildə Azərbaycanda işləyən Avropa şirkətlərinin 33%-i hesab edirdi ki, ölkənin vergi sistemi effektivdir, 2019-cu ildə isə bu faiz 45-ə yüksəlib. Rəyi soruşulan şirkətlərin 75%-i 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib. Bu onu göstərir ki, biznes Azərbaycandakı islahatlar kursuna inanır.”








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu