Vüsal Qasımlı Polşada 32-ci İqtisadi Forumda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Polşanın Karpaç şəhərində keçirilən 32-ci İqtisadi Forumda iştirak edib. “Köhnə qitənin yeni dəyərləri – Avropa dəyişikliklər astanasında” adlı forum çərçivəsində İİTKM tərəfindən “Avropanı Asiyaya bağlayan Orta Dəhliz” mövzusunda panel təşkil olunub. Paneldə V.Qasımlı “Orta Dəhliz: Avropa, Qafqaz və Mərkəzi Asiya üçün potensial” mövzusunda təqdimatla çıxış edib. O, Orta Dəhlizin unikal coğrafi mövqeyi baxımından Avropa və Asiyanı birləşdirən həyati körpü rolunu oynadığını, Mərkəzi Asiyanın resursla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirdiyini və bu nəqliyyat platformasından regiondakı bütün ölkələrin faydalanacaqlarını bildirib. Bu da öz növbəsində Orta Dəhlizi Cənubi Qafqaz vasitəsilə enerji tranziti, ticarət və iqtisadi əməkdaşlıq üçün əsas nöqtəyə çevirir. Azərbaycanın bu layihənin reallaşmasına xüsusi əhəmiyyət verdiyini deyən V.Qasımlı qeyd edilən marşrut üzrə Orta Dəhlizə səmərəli alternativin olmadığını vurğulayıb. O, bu konteksdə Zəngəzur dəhlizinin önəminə toxunub və bildirib ki, Xəzər və Aralıq dənizi hövzələrini, Cənub-Şərqi və Mərkəzi Asiyanı və Avropanı birləşdirən Zəngəzur dəhlizi Orta Dəhlizlə əlavə əlaqə yaratmaqla regionda hərtərəfli kommunikasiya şəbəkəsinin yaradılmasına əhəmiyyətli töhfə verəcək.
Paneldə həmçinin Hans Holzhaker (CAREC İnstitutunun baş iqtisadçısı), Damjan Krnjevik Miskovik (ADA Universiteti, Siyasi Araşdırmalar üzrə direktor), Yucin Seah (Bakı Limanının baş əməliyyat inzibatçısı), Lazlo Vasa (Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş məsləhətçisi) və Mehmet Tosun (ABŞ-ın Nevada Universitetinin professoru) məruzələrlə çıxış ediblər.
Həmçinin Forum çərçivəsində biznes, investisiya, yeni iqtisadiyyat, davamlı inkişaf, enerji, innovasiyalar, səhiyyə, idarəetmə, kibertəhlükəsizlik və beynəlxalq əlaqələr istiqamətləri üzrə 350-dən artıq müzakirə təşkil olunub, həmçinin Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirə Amerika, Avropa və Asiyanın 60-dan artıq ölkəsindən ümumilikdə 5000 nəfərdən çox qonaq, o cümlədən dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbər şəxsləri, iri şirkətlərin rəhbərləri, tanınmış iqtisadçılar, siyasətçilər, elm adamları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri qatılıblar.
Qeyd edək ki, İqtisadi Forum miqyasına görə Mərkəzi və Şərqi Avropanın ən böyük və mühüm konfransıdır. Artıq 30 ildir Forum dünyanın 60-dan çox ölkəsindən minlərlə şəxsi bir araya gətirir, dünyanın siyasət və iqtisadiyyat sahələrinin ən mühüm simalarının fikir mübadiləsi apara biləcəyi platforma rolunu oynayır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib