Vüsal Qasımlı Parisdə “Avrasiya həftəsi” tədbirində çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdə keçirilən “Avrasiya həftəsi” tədbirində iştirak edib. O, OECD-nın “Azərbaycanda sahibkarlığın inkişafı yolu ilə diversifikasiyanın aparılması” mövzusunda hesabatın təqdimatı mərasimində çıxış edib.
İİTKM-in icraçı direktoru Azərbaycanda sahibkarlığın təşviqi, xarici ivestorlar üçün yaradılmış şərait, iqtisadiyyatın yeni drayverləri və şaxələndirmə siyasəti barədə də danışıb.
V.Qasımlı Azərbaycanda KOS-un maliyyəyə çıxışı, qərarların qəbulunda vətəndaş iştirakçılığı, siyasətin vəkilliyi, iqtisadi islahatların inklüzivliyi, dövlət-özəl dialoqu və nəticə-əsaslı monitorinq barədə iştirakçılara məlumat verib. Azərbaycanın “Doing Business” hesabatında dünyada “ən islahatçı” ölkə statusunu qazanması təcrübəsi də digər ölkələrlərdən olan nümayəndə heyətləri ilə müzakirə olunub. Azərbaycana həsr edilmiş sessiyada OECD Avrasiya Rəqabət Proqramının, OECD üzv ölkələrinin, akademiyanın, işgüzar dairələrin, əsas beynəlxalq tərəfdaş təşkilatların və vətəndaş cəmiyyətinin 13 ölkəsindən nümayəndələr iştirak edib. Vüsal Qasımlı həmçinin Gürcüstan üzrə hazırlanmış hesabatın müzakirəsində və Şərqi Avropa və Cənubi Qafqaz üzrə müzakirələrdə də çıxış edib.
“Avrasiya həftəsi”ndə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da iştirak edib.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar