Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Nyu-Yorkda BMT-nin “Gələcəyin sammiti” çərçivəsində dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. O, Rokfeller Fondunun Asiya regionu üzrə vitse-prezidenti Dipali Xanna, Afrika İttifaqı İnkişaf Agentliyinin baş icraçı direktoru Nardos Bekele-Tomas, “Brookings” İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Sasakava Sülh Fondu”nun Okean Siyasəti Tədqiqat İnstitutu direktoru Fabrizio Bozzato, Almaniya İnkişaf və Davamlılıq İnstitutunun direktoru Anna-Katerina Hornidc, “Global Solutions Initiative” təşkilatının direktoru Kristian Kastrop, Tətbiqi İqtisadiyyat İnstitutunun prezidenti Lusiana Mendes Santos Servo, Birləşmiş Millətlər Universiteti İnstitutunun direktoru Şinobu Yamaquçi ilə görüşüb.
Görüşlərdə qlobal arxitekturanın dəyişməsi fonunda Azərbaycanın COP29-da prezidentliyi və “yaşıl maliyyə” təşəbbüsünü gücləndirməsi xüsusi vurğulanıb. İkitərəfli təmaslarda həmçinin innovasiya və texnologiyanın inkişafına diqqətin artırılmasının əhəmiyyəti müzakirə olunub. Bildirilib ki, rəqəmsallaşma və iqtisadiyyatın şaxələndirilməsini prioritetə çevirən Azərbaycan iqlim dəyişiklikləri, bərpa olunan enerji, sudan səmərəli istifadə və ətraf mühitin mühafizəsi kimi sahələrdə elm və texnologiyanın gücünü artıra bilər.
Vüsal Qasımlı bildirib ki, COP29-a rəhbərliyi dövründə Azərbaycan həssas qrupa daxil olan ölkələrə ekoloji problemlərin həlli və maliyyə yardımlarının ayrılması üçün qlobal müzakirələrin aparılmasında mühüm rol oynamağa hazırdır. Azərbaycan çoxtərəflilikdə liderliyi ələ alaraq beynəlxalq gündəliyi müəyyən edir.
Beyin mərkəzlərinin rəhbərləri G20/G7 və COP arasında koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Avropa və Asiya arasında strateji coğrafi mövqeyə malik Azərbaycan iqlim və iqtisadi inkişafla bağlı siyasi qərarlara təsir etmək imkanını artırır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib