Vüsal Qasımlı Malayziyaya səfər edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Dr.Vüsal Qasımlı Asiya İnkişaf Bankının dəvətilə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinə səfər edib. Səfər zamanı V.Qasımlı "İnklüziv inkişaf üçün layiqli iş" mövzusunda beynəlxalq tədbirdə iştirak edir. Vüsal Qasımlı tədbirin ilk günündə "Makroiqtisadi perspektivlər və inklüziv inkişaf üçün şəraitin yaradılması" mövzusunda sessiyaya rəhbərlik edib. Bu sessiya çərçivəsində İİTKM-in icraçı direktoru Prezident İlham Əliyevin təsdiqlədiyi Milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məlumat verərək, Azərbaycan təcrübəsinin Asiyanın inkişaf etməkdə olan ölkələrində yayılmasının zəruriliyini vurğulayıb. Xüsusilə, makroiqtisadi çağırışlar və qlobal şoklarla üzləşən ölkələrdə inkişaf strategiyasının qurulması baxımından Azərbaycan təcrübəsinin əhəmiyyəti qeyd olunub. Tədbirin növbəti günündə Vüsal Qasımlı "Azərbaycan: Yeni iqtisadi paradiqma" mövzusunda məruzə ilə çıxış edərək ölkədə aparılan iqtisadi islahatlar və bunun layiqli iş yerlərinin yaradılmasına verəcəyi səmərə barədə danışıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib