Vüsal Qasımlı koreyalı alimləri qəbul edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Cənubi Koreyanın Seul Milli Universiteti, Hankuk Universiteti və bir sıra beyin mərkəzlərinin nümayəndə heyətini qəbul edib.
Görüş zamanı İİTKM-in icraçı direktoru Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə uğurla aparılan iqtisadi islahatlar, infrastruktur quruculuğu, sosial siyasət və həyata keçirilən regional əhəmiyyətli layihələr barədə məlumatlar təqdim edib.
V.Qasımlı Azərbaycan və Cənubi Koreya iqtisadi inkişaf modellərini müqayisə edərək təcrübə mübadiləsi, birgə tədqiqatların əhəmiyyətini, qarşılıqlı sərmayə qoyuluşu və ticarət əlaqələrinin vacibliyini vurğulayıb. 4-cü Sənaye İnqilabı şəraitində iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd edilib ki, Azərbaycanın "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizləri üzrə yaratdığı infrastruktur və biznes mühiti Avrasiya coğrafiyasında iqtisadi inkişafa öz töhfəsini verir.
Görüş zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə sahəsində təcrübəsi, Azexport.az, Enterpriseazerbaijan.com və Rəqəmsal Ticarət Qovşağı barədə də qonaqlara məlumat verilib.
Müzakirələrdən sonra Koreya nümayəndə heyəti "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar.









Ekspert yazıları
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Kraudfandinq: Azərbaycanda startapların maliyyələşməsində yeni perspektivlər
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Məşğulluq üzrə yeni Tədbirlər Planı: rəqəmsallaşma və nəticəyönümlü idarəetmə
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar