Vüsal Qasımlı İtaliyada "Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi" adlı beynəlxalq konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İtaliyanın Turin şəhərində "Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edib. Avropa Təlim Fondunun (ETF) təşkilatçılığı ilə baş tutan konfrans zamanı inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin IV Sənaye İnqilabının çağırışlarına, o cümlədən bacarıqlar baxımından digər qlobal meyillərə reaksiya məsələləri müzakirə olunub.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. 50-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda V.Qasımlı Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən Strateji Yol Xəritəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, islahatlar çərçivəsində ölkənin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə əsas prioritet hesab edilir.
İcraçı direktor tədbir iştirakçılarını bu ilin oktyabr ayında təsdiqlənən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” barədə də məlumatlandırıb. O, vurğulayıb ki, ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı baxımından yeni imkanlar yaradır. V.Qasımlı Azərbaycanın son 3 ildə özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində də uğurlu təcrübə qazandığı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, 2018-ci ildə 7 minə yaxın işsiz və işaxtaran vətəndaşa dövlət tərəfindən öz bizneslərini qurmaq üçün əvəzsiz olaraq aktivlərin verilməsi planlaşdırılıb və hazırda bu istiqamətdə işlər gedir. Vətəndaşların bir hissəsi aktivlə təmin olunub. 2019-cu ildə isə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsi hədəflənir.
V.Qasımlı konfransda çıxışı zamanı www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edib. Bildirib ki, bu portal gənclərin sahibkarlıq təşəbbüslərinin təşviqi, startapların dəstəklənməsi və vençur kapitala çıxış imkanlarının genişləndirilməsi, maiyyə əlçatanlığının artırılması və özünüməşğulluq proqramlarının əhatə dairəsinin genişləndirilməsi üçün unikal imkandır. Həmçinin investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirilməsi üçün əlverişli platformadır.
Konfransın sonunda təqdim olunan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib